Xəbər axtarın

Son axtarış nəticələri:

Safi Arpaquş: "Türk dövlətlərində fətvalarla bağlı qarışıqlığı aradan qaldırmalıyıq"

14.09.2026 11:44

Safi Arpaquş: "Türk dövlətlərində fətvalarla bağlı qarışıqlığı aradan qaldırmalıyıq"
Türk dövlətlərində fətvalarla bağlı qarışıqlıq aradan qaldırılmalıdır.

Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Dini İşlər İdarəsinin sədri Safi Arpaquş Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə bəhs edib.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı mötəbər dini strateji alyansa çevrilib:

“Türk dövlətlərində fətvalarla bağlı qarışıqlığı aradan qaldırmalıyıq. Dini bayramların, Ramazan ayının və Qurban bayramının vaxtlarının ortaq tarixdə təsbiti, halal qida və s. sahələrdə əməkdaşlığımız vacibdir”.

Safi Arpaquş vurğulayıb ki, bəzi qüvvələr tərəfindən islam dininin şiddət və terrorla əlaqələndirilməsi cəhdləri, eləcə də dünyanın müxtəlif bölgələrində müsəlmanlara qarşı sistemli təzyiqlər, nifrət nitqi və ksenofobiya narahatlıq doğurur:

“Türk dövlətləri olaraq sabitliyimizi və daxili təhlükəsizliyimizi təhdid edə biləcək bütün zərərli cərəyanlara qarşı ortaq mövqe və strategiyalar hazırlamaq məcburiyyətindəyik. Türk dövlətlərinin dini qurumları arasında təcrübə mübadiləsinin artırılması vacibdir. Bu, islam dininin dünya miqyasında yanlış qavranılmasının və terror təşkilatları tərəfindən istismar edilməsinin qarşısının alınmasına töhfə verə bilər”.

Paylaş: