
Güney Azərbaycanın Urmu şəhərində 9-cu Beynəlxalq Üzüm Festivalı keçirilir.
Primeinfo.az xəbər verir ki, Urmu bölgəsində üzüm yığımı mövsümünə təsadüf edən bu festivala həm Azərbaycanın Təbriz, Xoy, Ərdəbil və digər şəhərlərindən, həm də beynəlxalq səviyyədə rəsmi qonaqlar və turistlər qatılıb.
Sentyabrın 20-dək davam edəcək festivalda 12 ölkə iştirak edir. Tədbirdə kənd təsərrüfatı məhsullarının satışı ilə yanaşı, mədəni-bədii proqramlar, yerli potensial, xalq tətbiqi sənəti təqdim olunur. Azərbaycanın milli adət-ənənələrinin nümayişi bu tədbirin ən cəlbedici hissələrindən hesab edilir.
Üzüm Festivalı Urmu şəhərində hər il ənənəvi olaraq keçirilən ən böyük və rəngarəng mədəni-iqtisadi tədbirlərdən biridir. Regional kənd təsərrüfatı potensialını nümayiş etdirən bu festivalın məqsədi, həm də bölgənin qədim tarixini, mədəniyyətini və folklorunu qoruyub saxlamaqdır.