Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda QƏZA - 60 yaşlı qadın öldü

14.09.2026 11:25

Bakıda QƏZA - 60 yaşlı qadın öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Primeinfo.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Elmur Bəhram oğlu Bəhramzadə “Mercedes-Benz” markalı avtomobili ilə Sabunçu bazarı istiqamətində hərəkətdə olan zaman yolu keçən piyada 1966-cı il təvəllüdlü Leyli Salam qızı Hüseynovanı vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Paylaş: