Türk Dövlətləri Təşkilatı türk xalqları arasında birliyi, həmrəyliyi və əməkdaşlığı gücləndirməyi, həmçinin ortaq tariximiz və dəyərlərimiz əsasında ümumi gələcək qurmağı qarşıya məqsəd qoyur. Primeinfo.az xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarələri rəhbərlərinin VII görüşündə çıxışı zamanı söyləyib. O bildirib ki, bu gün təşkilat xarici siyasət və iqtisadiyyatdan tutmuş turizm, təhsil, kosmos, gömrük və dini məsələlərə qədər 60-dan çox sahəni və əməkdaşlıq mexanizmini əhatə edən geniş platformaya çevrilib.
Türk Dövlətləri Təşkilatı (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri Prezident İlham Əliyevə müraciət ediblər.
Sentyabrın 14-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. Primeinfo.az xəbər verir ki, Bəyannamədə türk dövlətləri və xalqları arasında həmrəyliyin gücləndirilməsi, Türk-İslam mənəvi və mədəni dəyərlərinin təşviqi, dini təhsil və elmi əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin maarifləndirilməsi ilə bağlı bir sıra mühüm müddəalar əksini tapıb. Sənəddə terrorizm, ekstremizm, separatizm, islamofobiya, türkofobiya, məzhəblərarası ayrı-seçkilik və nifrət çağırışlarına qarşı birgə mübarizənin davam etdiriləcəyi bildirilib.
Türk dövlətlərində fətvalarla bağlı qarışıqlıq aradan qaldırılmalıdır. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Dini İşlər İdarəsinin sədri Safi Arpaquş Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə bəhs edib. O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı mötəbər dini strateji alyansa çevrilib: “Türk dövlətlərində fətvalarla bağlı qarışıqlığı aradan qaldırmalıyıq.
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin xalqları xoş günlərdə, çətin anlarda birlikdə olmağın əsl qardaşlıq nümunələrini nümayiş etdirirlər. Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsi günlərində biz Türkiyə Cümhuriyyətinin hərtərəfli dəstəyinin şahidi olduq. Vandalizmə məruz qalmış ərazilərimizə yeni həyat verilməsində, azad Qarabağa Böyük Qayıdışımız zamanı quruculuq işlərində türk dövlətləri bizə yardımlarını əsirgəmədilər.