
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb.
Primeinfo.az bu barədə Mərkəzi Neftçilər Xəstəxanasına istinadın bildirib.
Məlumata görə, Xalq artistinin müalicəsi ev şəraitində davam etdirilir.
Qeyd edək ki, Xalq artisti Zaur Rzayev sentyabrın 5-də Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu qoyulmuşdu.