
Dünən elm və təhsil naziri Emin Əmrullayev və ADA Universitetinin rektoru Hafiz Paşayev tələbələrlə görüşüb.
Primeinfo.az xəbər verir ki, görüş zamanı rektor və nazir arasında maraqlı dialoq olub.
Hafiz Paşayev televiziyadan Emin Əmrullayevin çıxışlarını izlədiyini, lakin bəzən onu anlamadığını bildirib:
“Televizorda suallara verdiyiniz cavabları izləyirəm, hərdən heç mən başa düşmürəm nə deyirsiniz. İndi çalışacağam başa düşüm. Çünki doğrudan da auditoriya çox xətalı şeydir. Bir şeyi istədiyin kimi deyirsən, istəyirsən başqa cür başa düşsünlər, amma onlar öz bildikləri kimi başa düşürlər”.
Davamı videomaterialda: