Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Elm və Təhsil Nazirliyi

Təhsil İnstitutu akkreditasiyadan keçib - FOTO

Təhsil İnstitutu akkreditasiyadan keçib - FOTO

Mayın 6-da Azərbaycan Respublikası Təhsil İnstitutunun akkreditasiyası nəticələrinin rəsmi elan edilməsi və İnstituta akkreditasiya haqqında şəhadətnamənin təqdim olunması ilə əlaqədar tədbir keçirilib. Bu barədə Primeinfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev, Akkreditasiya üzrə Ekspert şurasının üzvləri, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Elm və Təhsil Nazirliyi 1 milyonluq tender elan edib

Elm və Təhsil Nazirliyi 1 milyonluq tender elan edib

Elm və Təhsil Nazirliyinin struktur bölməsi 1 milyon manatdan artıq dəyəri olan tender elan edib. Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi genişmiqyaslı satınalma müsabiqəsinə start verib. Müsabiqə çərçivəsində müxtəlif növ çap və yazı kağızlarının, habelə digər mətbəə materiallarının tədarükü nəzərdə tutulur.

73 yaşlı Əli Abbasov bu sahədə çalışacaq

73 yaşlı Əli Abbasov bu sahədə çalışacaq

Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru vəzifəsindən azad edilib. Primeinfo.az xəbər verir ki, Əli Abbasov İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu ləğv edilərək, onların bazasında yaradılan vahid Riyaziyyat İnstitutunda heç bir rəhbər vəzifəyə təyin olunmayıb. O, bir həftədir vəzifəsiz qalsa da, İdarəetmə Sistemləri İnstitutuna gedib-gəlir.

40 özəl təhsil müəssisəsi lisenziyalaşdırılıb

40 özəl təhsil müəssisəsi lisenziyalaşdırılıb

Bu il ərzində TKTA tərəfindən 40 özəl təhsil müəsissəsi lisenziyalaşdırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə hesabatında qeyd olunub. Bildirilib ki, TKTA 6 məktəbəqədər, 6 ümumi təhsil, 8 əlavə təhsil müəssisəsi təhsil fəaliyyətinin lisenziyalaşdırılması ilə əlaqədar sahə baxışlarında və rəylərin formalaşdırılmasında iştirak edib.

73 mindən çox müəllimin maaşı artırılıb

73 mindən çox müəllimin maaşı artırılıb

2025-ci ildə müəllimlərin sertifikatlaşdırılması prosesinə cəlb olunan iştirakçı sayı 19 681, uğur qazananların sayı isə 16 587 nəfər olub. Primeinfo.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin hesabatında qeyd olunub. “Ümumilikdə 73 262 müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqısını artımla alır.

Kərkicahanda məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib - FOTO

Kərkicahanda məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib - FOTO

Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışında iştirak edib. Primeinfo.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına görülmüş işlər barədə məlumat verdi. Bildirildi ki, 624 şagird yerlik məktəbin binasında əsaslı təmir işləri yüksək səviyyədə və qısa müddətdə həyata keçirilib.

Kamran Əsədovun vəzifəsi yox imiş - RƏSMİ

Kamran Əsədovun vəzifəsi yox imiş - RƏSMİ

Təhsil eksperti Kamran Əsədovun Elm və Təhsil İșçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırıldığı ilə bağlı məlumatlar yayılıb. Qeyd olunur ki, K. Əsədov vəzifəsini sadəcə 20 gün yerinə yetirdikdən sonra işdən qovulub.

Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi

Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi

Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib. Bu barədə Primeinfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. “Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanan “Müəllim” tətbiqi mövcud elektron jurnalın funksional imkanlarını genişləndirir və istifadəçilərə sistemə mobil telefon vasitəsilə daha rahat və operativ çıxış imkanı yaradır.

Leyla Əliyeva beynəlxalq konfransda iştirak edib

Leyla Əliyeva beynəlxalq konfransda iştirak edib

Dekabrın 8-də Heydər Əliyev Mərkəzində “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransının açılışı olub. Primeinfo.az xəbər verir ki, Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi İslam dünyasında süni intellekt üzrə əməkdaşlığı gücləndirmək, həmçinin süni intellektin etik, sosial və iqtisadi təsirlərini müzakirə etməkdir. Qeyd edək ki, süni intellektin inkişaf trendlərinin elmi əsaslarla ölçülməsi üçün hazırlanmış “İslam dünyasında süni intellekt indeksi” sənədi də məhz ilk dəfə Bakı konfransında təqdim olunur.