
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (07.09.2026 – 13.09.2026) məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən Primeinfo.az-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə 113 piyada əleyhinə mina, 19 tank əleyhinə mina, 426 Partlamamış Hərbi Sursat aşkarlanıb.
Bildirilib ki, 1348,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.