Martın 23-də Ağsu rayonunda yerləşən otlaq sahədə 1983-cü il təvəllüdlü Zahirə Şükürovanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Primeinfo.az-a Ağsu Rayon Prokurorluğundan məlumat verilib. Aparılan araşdırmalarla martın 22-də Ağsu rayon sakinləri 1977-ci il təvəllüdlü Əyyub Sahabov və 1977-ci il təvəllüdlü Seymur Məmmədovun qabaqcadan əlbir olan bir qrup şəxs halında Zahirə Şükürovanı qəsdən öldürdükdən sonra zərərçəkmiş şəxsin meyitini rayonunun Muradlı kəndindən yerləşən otlaq sahəyə aparmalarına əsaslı şübhələr müəyyən edilib.
Suraxanı rayonunda qətl hadisəsi baş verib.
Primeinfo.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. 35 yaşlı Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Yanvarın 24-də paytaxtın Sabunçu rayonunda qətl törədilib. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayon prokurorluğuna 1959-cu il təvəllüdlü Həyat Ağayevanın öldürülməsi barədə məlumat daxil olub. İlkin araşdırmalarla 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Amil Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Primeinfo.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Amil Ağayev 19 il müddətə azadlıqdan məhrum edilib.
Sabirabadda arvadını qətlə yetirməkdə təqsirləndirilən Seyidrəsul Talıbzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Seyidrəsul Talıbzadə 11 il müddətə azadlıqdan məhrum edilib.
Astara rayonu Ərçivan qəsəbəsində arvadını döyərək hadisə yerindən qaçan şəxsə hökm oxunub. Primeinfo.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə 2025-ci il iyulun 23-də baş verib. Belə ki, həmin gün Gülnaz qızı Rabiyə ilə dənizə getmək istədiyi üçün əri Rafiqə mesaj yazıb (adlar şərtidir).
Los-Anceles polisi amerikalı rejissor Rob Raynerin və həyat yoldaşı Mişel Raynerin qətlində şübhəli bilinən oğlu Nik Rayneri saxlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə “ABC7” telekanalı məlumat yayıb. Rejissorun 32 yaşlı oğlunun hazırda həbsdə olduğu bildirilir.
Noyabrın 3-ü Biləsuvar rayonunda qan təzyiqindən öldüyü bildirilən qadının əslində qətlə yetirildiyi məlum olub. Primeinfo.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb. Belə ki, ilkin informasiyaya görə, həmin gün kənd sakini 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın beyindaxili təzyiqdən öldüyü bildirilərək dəfn olunub.
Saatlı rayonunda 66 yaşlı kişini qətlə yetirib meyitini su kanalına atan şəxslərin məhkəməsi yekunlaşıb. Primeinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Şirinbəyli kənd sakini 1959-cu il təvəllüdlü Mirhəsən Seyidovun qətlinə görə qonşusu 1980-ci il təvəllüdlü Elşad Abbasov və oğlu 2005-ci il təvəllüdlü Elçin Abbasova hökm oxunub. Bildirilib ki, hadisə tamah niyyəti ilə törədilib.
Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, aparılan araşdırmalarla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisini Türkiyə istiqamətində tərk edib və oradan Çinə gedib. DİN əməkdaşlarının Çin Xalq Respublikasının hüquq-mühafizə orqanları ilə birgə keçirdikləri tədbirlər nəticəsində R.İbrahimov Çinin Xianyang şəhərində saxlanılıb.