Həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Şəhliyar Bayramlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs 17 il müddətə azadlıqdan məhrum edilib.
Şəkidə 50 yaşlı şəxs qətlə yetirilib. Primeinfo.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Turan qəsəbəsində baş verib. Belə ki, 1975-ci il təvəllüdlü Mehman Bayramov kəsici alətlə öldürülüb.
Cəlilabad rayonunda 2016-cı ildə itkin düşən 1982-ci il təvəllüdlü Xəlilova Xəyalə Ramiz qızının qətlə yetirildiyi məlum olub. Primeinfo.az DİN-ə istinadən xəbər verir ki, polis və Penitensiar Xidmət əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Eynullayev Elnur Nizami oğlu tərəfindən törədilməsi müəyyən olunub. O, hadisəni Göytəpə qəsəbəsində istifadəsiz tikilidə törədib və meyiti həmin ərazidə basdırıb.
Bakıda kişi arvadını öldürüb, sonra özünü asıb. Primeinfo.az-ın məlumatına görə, hadisə gecə saatlarında Binəqədi rayonunda baş verib. Məlumata görə, 1956-cı il təvəllüdlü Yaşar Əbülfət oğlu Bədəlov yaşadığı Biləcəri qəsəbəsindəki evdə münaqişə zəminində arvadı 1966-cı il təvəllüdlü Nərminə Bədəlovanı balta ilə öldürüb və sonradan özünü asıb.
Gürcüstanda sifarişli qətlin qarşısı alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə bildirib. Saxlanılan 2007-ci il təvəllüdlü şəxs kriminal avtoritet Elmuraz Məmmədovun göstərişi əsasında Laqodexi rayonunun Qabal kəndinin sakinini qətlə yetirməli olub.
Bakının mərkəzində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadov barəsində həbs qətimkan tədbiri seçilib. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində 1987-ci il təvəllüdlü B.İbadovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib və B.İbadov barəsində həbs qətimkan tədbiri seçib.
Bakıda əmi qardaşı oğlunu qətlə yetirib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında Nizami küçəsində baş verib. Belə ki, 2006-cı il təvəllüdlü Yasin İbadova kəsici-deşici alətlə xəsarət yetirilirək öldürülüb.
Mingəçevirdə gənc qızın meyiti asılı halda aşkarlanıb. Primeinfo.az xəbər verir ki, bədbəxt hadisə şəhərin Günəşli Bağlar adlanan ərazisində qeydə alınıb. 19 yaşlı Ləman Məmmədlinin meyiti yaşadığı evdə tapılıb.
Xaçmazda qətl hadisəsi olub. Primeinfo.az Lent.az-a istiandən xəbər verir ki, hadisə rayonun Xudat şəhərində qeydə alınıb. Orxan Hacıbalayev qayınatası İlham Hüseynovun sinəsinə yumruqla zərbə vurub.