Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: qətl

Azərbaycan vətəndaşının Tiflisdə qətli ilə bağlı İTTİHAM

Azərbaycan vətəndaşının Tiflisdə qətli ilə bağlı İTTİHAM

Tiflisdə Azərbaycan vətəndaşı Fatimə Kərimovanı öldürməkdə şübhəli bilinən Emin Əliyevə qarşı gender bərabərliyinə dözümsüzlük səbəbindən qətl ittihamı irəli sürülüb. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunun yaydığı məlumatda bildirilib. Baş Prokurorluq müəyyən edilmiş müddət ərzində təqsirləndirilən şəxslə bağlı həbs qətimkan tədbirinin seçilməsi tələbi ilə məhkəməyə müraciət edəcək və ona qarşı axtarış elan olunacaq.

Bakıda şəhid xanımı müavinət kartına görə öldürüldü - ŞOK DETALLAR

Bakıda şəhid xanımı müavinət kartına görə öldürüldü - ŞOK DETALLAR

Ötən gün Sabunçu rayonu Ramana qəsəbəsində şəhid Səxavət Məmmədovun atası Adıgözəl Məmmədov gəlini Gülüzar Məmmədovanı qətlə yetirib. Primeinfo.az xəbər verir ki, qətlin təfərrüatları barədə Modern.az-a qonşular məlumat verib. Bildirilib ki, qaynatanın gəlinini öldürmə səbəbi onda olan şəhid ailələri üçün nəzərdə tutulan aylıq müavinət kartını mənimsəmək istəyi olub.

Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan DETALLAR

Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan DETALLAR

Naxçıvanda 75 yaşlı qadını qəddarlıqla qətlə yetirməkdə ittiham olunan Firuzə İsmayılova və Aypara Əsgərovanın məhkəməsi başa çatıb. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aylarla davam edən prosesin sonunda müttəhim qadınlar dəhşətli cinayətdə təqsirli biliniblər. Bu tüküpərdici cinayət bir il əvvəl Şərur rayonunun Oğlanqala kəndində baş verib.

Ağcabədidə 2 kişi öldürüldü, qatil TUTULDU

Ağcabədidə 2 kişi öldürüldü, qatil TUTULDU

Aprelin 26-da Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakinləri olan 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü Həsən Mamedovun öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağcabədi Rayon Prokurorluğundan Primeinfo.az-a verilən məlumata görə, ilkin araşdırmalarla 2004-cü il təvəllüdlü Əliniyaz Əliyevin şəxsi münasibətlər zəminində bıçaqla xəsarətlər yetirərək Şaiq Mamedovu və Həsən Mamedovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Tərtərdə törədilmiş qətlin səbəbi məlum oldu - ŞOK TƏFƏRRÜAT

Tərtərdə törədilmiş qətlin səbəbi məlum oldu - ŞOK TƏFƏRRÜAT

Tərtərdə baş verən qətl hadisəsinin yeni təfərrüatı məlum olub. Primeinfo.az  “Qafqazinfo”ya istinadən bildirir ki, hadisə tərəflər arasında əvvəlcədən mövcud olan münaqişənin davamı kimi baş verib. Belə ki, bir il əvvəl baş verən insident zamanı 1999-cu il təvəllüdlü Nabil Aslanov həmyerlisi, 1995-ci il təvəllüdlü Səfixan Nağıyevə bıçaqla xəsarət yetiribmiş.

Baldızını dostu ilə birgə öldürərək meyitini maşınla aparıb - TƏFƏRRÜATLAR

Baldızını dostu ilə birgə öldürərək meyitini maşınla aparıb - TƏFƏRRÜATLAR

Ağsu rayonunda qadının qətlə yetirilərək meyitinin otlaq sahəsinə atılmasının təfərrüatı məlum olub. Primeinfo.az xəbər verir ki, cinayətdə şübhəli bilinərək tutulan şəxslərdən biri 1977-ci il təvəllüdlü Əyyub Sahabov meyiti tapılan 43 yaşlı Zahirə Şükürovanın bacısının əridir. Bildirilir ki, hadisə münaqişə zəminində baş verib.