Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: işğaldan azad edilmiş ərazi

Emin Hüseynov: "Ağdamın 60, Füzulinin 78, Xocavəndin isə 16 faizi minalardan təmizlənib"

Emin Hüseynov: "Ağdamın 60, Füzulinin 78, Xocavəndin isə 16 faizi minalardan təmizlənib"

“Son beş ildə Ağdam rayonunun təxminən 60, Füzuli rayonunun təxminən 78, Xocavənd rayonu ərazisinin isə təxminən 16 faizi minalardan təmizlənib”. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, son beş ildə Ağdam rayonunun təxminən 60 faizi, Füzuli rayonunun təxminən 78 faizi və Xocavənd rayonunun isə təxminən 16 faizi minalardan təmizlənib: “Mina problemi bu bölgə üçün fundamental xarakter daşıyır və bunun yaxın zamanda tamamilə aradan qalxacağı ilə bağlı heç bir illüziyamız yoxdur.

Ötən il işğaldan azad olunmuş ərazilərə 4,5 milyarda yaxın vəsait ayrılıb

Ötən il işğaldan azad olunmuş ərazilərə 4,5 milyarda yaxın vəsait ayrılıb

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsindən 4 milyard 465,7 milyon manat vəsait ayrılıb. Primeinfo.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, həmin vəsaitin 3 milyard 781,9 milyon manatı və ya 84,7 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli vəsaitin, 373,2 milyon manatı və ya 8,3 faizi dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin, 258,5 milyon manatı və ya 5,8 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə vəsaitin, 52,1 milyon manatı və ya 1,2 faizi dövlət büdcəsinin digər ehtiyatlarından ayrılmış vəsaitin payına düşür.

İşğaldan azad edilmiş ərazilərdə 1079 döyüş silahı AŞKARLANIB

İşğaldan azad edilmiş ərazilərdə 1079 döyüş silahı AŞKARLANIB

İşğaldan azad edilmiş ərazilərdə ötən il 1079 döyüş silahı aşkar edilib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-də keçirilən kollegiya iclasında deyilib. Bildirilib ki, ümumilikdə 5 199 odlu silah, o cümlədən işğaldan azad edilmiş ərazilərdən 1 079 döyüş silahı, 2 183 mərmi və 220 mindən çox patron aşkarlanıb.

Azad edilmiş ərazilərdə ötən il 6 824 mina, 52 392 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə ötən il 6 824 mina, 52 392 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 2025-ci il üzrə icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) “TodayBaku”-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 4963 piyada əleyhinə mina, 1861 tank əleyhinə mina, 52392 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 69 205.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.