Xəbər axtarın

Son axtarış nəticələri:

İşğaldan azad edilmiş ərazilərdə əməyin mühafizəsi tədbirləri - FOTO

13.06.2026 12:44

 

İşğaldan azad edilmiş ərazilərdə əməyin mühafizəsi tədbirləri - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən daha 47 müəssisədə əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirib.

Primeinfo.az xəbər verir ki, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında təşkil olunan tədbirlərdə Xidmətin, Minatəmizləmə Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları iştirak ediblər.

İşəgötürənlərin nümayəndələri və işçilərdən ibarət 444 nəfəri əhatə edən tədbirlər zamanı iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı qanunvericiliyin əsas tələbləri barədə məlumat verilib.

Əməyin mühafizəsi üzrə yeni dövlət standartlarının tətbiqi və iş yerlərinin attestasiyası qaydaları, mina təhlükəsizliyi üzrə əsas prinsiplər və risklərin qarşısının alınması yolları iştirakçıların diqqətinə çatdırılıb.

Maarifləndirmə tədbirləri çərçivəsində iştirakçılara müvafiq mövzularda yaddaş kitabçaları, bukletlər və digər məlumatlandırıcı materiallar təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.

İşğaldan azad edilmiş ərazilərdə əməyin mühafizəsi tədbirləri - FOTO İşğaldan azad edilmiş ərazilərdə əməyin mühafizəsi tədbirləri - FOTO İşğaldan azad edilmiş ərazilərdə əməyin mühafizəsi tədbirləri - FOTO İşğaldan azad edilmiş ərazilərdə əməyin mühafizəsi tədbirləri - FOTO İşğaldan azad edilmiş ərazilərdə əməyin mühafizəsi tədbirləri - FOTO

Paylaş: