İsrail Livana zərbə endirib
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubuna zərbələr endirib. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə IDF-nin “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib. “Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Şimal Komandanlığın rəhbərliyi və Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Livanın cənubundakı əl-Mahmudiyə bölgəsində “Hizbullah”ın infrastruktur obyektlərinə, raket qurğusuna və şaxtasına zərbələr endirib”, – bəyanatda deyilir.