İndoneziyanın Madura adası sahillərində göyərtəsində 271 sərnişin və ekipaj üzvünün olduğu bərədə yanğın baş verib. Primeinfo.az-ın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər həlak olub, daha 41 nəfər itkin düşüb. Axtarış-xilasetmə xidmətinin məlumatına əsasən, 225 nəfər xilas edilib.
Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralı dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
İspaniyanın Seuta muxtar şəhərinə daxil olmağa çalışan miqrantlarla bağlı sosial şəbəkələrdə diqqətçəkən görüntü yayılıb. Primeinfo.az xəbər verir ki , Mərakeş sahillərindən üzərək sərhədi keçməyə çalışan bir şəxsin həmin anları lentə aldığı görüntülər yayılıb. Miqrant telefonunu selfi çubuğunun köməyi ilə suyun üzərində saxlayaraq sərhədi keçmək cəhdini qeydə alıb.
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi kütləvi ballistik raket zərbələri nəticəsində azı 9 nəfər həlak olub, 23 nəfər yaralanıb. Yaralılar arasında uşaqların da olduğu bildirilir. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Kabarda-Balkariyada (RF) Elbrus dağında əvvəllər itkin düşmüş hesab olunan üç alpinistin meyiti tapılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib. Məlumata görə, Bosniya və Herseqovinadan olan təcrübəli alpinistlər qrupunda ümumilikdə yeddi nəfər olub, onlardan yalnız ikisi xilas edilib.
Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) Donetsk vilayətinin Qorlovka şəhərinə hücumu nəticəsində dörd mülki şəxs həyatını itirib.
Elbrus dağına çıxan yeddi alpinistdən beşi ölüb. Primeinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hamısı Bosniya və Herseqovina vətəndaşı olan qrupdan yalnız iki alpinist sağ qalıb. Belə ki, alpinistlərdən biri dağdan enərək kömək çağırıb, ikincisinə mütəxəssislər tərəfindən yardım edilib.
Gecə saatlarında Şəkidə piyadaların vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, iyulun 25-də saat 22 radələrində Fərhad Qürbətli idarə etdiyi “Mercedes” markalı avtomobillə Şəki rayonunun Baş Göynük kəndi ərazisində hərəkətdə olarkən piyadalar 24 yaşlı Mahir Teyibov və 28 yaşlı Şahin Tahirovu vurub. Mahir Teyibov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Rusiya qoşunları iyulun 25-nə keçən gecə pilotsuz uçuş aparatlarından istifadə edərək Sumı və Zaporojyeyə zərbələr endirib, nəticədə azı iki nəfər həlak olub.