Gəncədə tələbə dərs vaxtı qəfil vəfat edib. “TodayBaku” xəbər verir ki, hadisə Gəncə şəhərində yerləşən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qeydə alınıb. Birinci kurs tələbəsi 2008-ci il təvəllüdlü Röyal Bayramovun səhhəti dərs vaxtı anidən pisləşib.
Goranboyda 45 yaşlı kişi xaricdən vətənə qayıtdığı gün bədbəxt hadisə nəticəsində həyatını itirib. Primeinfo.az xəbər verir ki, xeyli müddətdir Rusiyada yaşayan Namiq İsmayılzadə dünən Azərbaycana geri dönüb. O, evə çatdıqdan bir neçə saat sonra hamam otağında dəm qazından boğulub.
Gəncədə 35 yaşlı qadın yaşadığı evdə ölmüş vəziyyətdə tapılıb. Primeinfo.az xəbər verir ki, şəhər sakini Y.Zeynalovanın meyiti qohumları tərəfindən aşkar edilib. Hadisə ilə bağlı araşdırma başlayıb.
Lənkəran rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, hadisə rayonun Separadi kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakinləri, 1958-ci il təvəllüdlü Firayə və 1972-ci il təvəllüdlü Rəna Kərimova bacıları vanna otağında huşsuz vəziyyətdə tapılıblar.
Xəbər verdiyimiz kimi, yanvarın 1-i “Baku City Karting” əyləncə mərkəzində faciəvi hadisə baş verib. Primeinfo.az xəbər verir ki, paytaxt sakinləri – Kamal Səfərli və Fatimə Bəhlulzadənin idarə etdiyi kartinq maşınları toqquşub. Ağır xəsarətlər alan Kamal Səfərli hadisə yerində ölüb.
Salyanda 11 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb. Primeinfo.az xəbər verir ki, Salyan şəhər sakini 2015-ci il təvəllüdlü E.N. yüksək hərarətlə xəstəxanaya daxil olub.
Qaxda 62 yaşlı kişi kafedə ölüb. Primeinfo.az-ın məlumatına görə, Qax rayonun Kötüklü kəndində kafeyə gələn rayonun Qaysarlı kənd sakini, 1964 cü il təvəllüdlü Musayev Əbülfət Eyyub oğlunun halı qəfildən pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb. Primeinfo.az-ın verdiyi xəbərə görə, hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda baş verib.
Quba rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az-ın məlumatına görə, Quba-Xaçmaz marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu rayon mərkəzində 1998-ci il təvəllüdlü İsrafilova Əminə Sahib qızını vurub. O, Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Sumqayıt şəhərində 19 yaşlı qız dəm qazından boğularaq ölüb. Primeinfo.az xəbər veirr ki, hadisə şəhərin Xəzri yaşayış massivində yerləşən fərdi evlərin birində baş verib. 2006-cı il təvəllüdlü Hüseynova Züleyxa Niyaz qızı yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.