
İsmayıllı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ölənlərin ikisinin şəxsiyyəti məlum olub.
“Opel” markalı avtomobillə “Honda” markalı motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü – 23 yaşlı Nihad Allahverənov, “Opel”in sürücüsü, 38 yaşlı İsa Rzayev və avtomobilin sərnişini (kimliyi hələ dəqiqləşməyib) ölüb.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri İsmayıllı rayonu, Topçu kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verdiyi əraziyə cəlb olunub.
Bu barədə Primeinfo.az-a FHN-dən məlumat verilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Opel” markalı minik avtomobili və “Honda” markalı motosikletin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və “Honda” markalı motosikletin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Yol-qəza hadisəsi nəticəsində ümumilikdə 3 nəfət həyatını itirib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Opel” markalı minik avtomobili və motosikletin toqquşması nəticəsində avtomobildə olan 2 nəfər, eləcə də motosikiletin sürücüsü ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Primeinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.