Şirvan sakini bədbəxt hadisə nəticəsində vəfat edib. Primeinfo.az xəbər verir ki, Şirvan sakini 1965-ci il təvəllüdlü Sevil Mirağa qızı Mənəfova yüksək konsentrasiyalı sirkə turşusu zəhərlənməsi diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq 61 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.
Qaradağ rayonunda ata və oğlu dəm qazından ölüb. Primeinfo.az xəbər verir ki, hadisə martın 6-sı saat 16 radələrində qeydə alınıb. 1983-cü il təvəllüdlü Ruslan Məmmədov və 16 yaşlı oğlu Yusif yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.
İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun rayonun Xanagah kəndindən keçən hissəsində qeydə alınıb. Primeinfo.az xəbər verir ki, hərəkətdə olan mikroavtobus və iki minik avtomobilinin toqquşması nəticəsində baş verən zəncirvari qəzada 33 yaşlı Ümüd Vəliyev və onu 23 yaşlı həyat yoldaşı Nərmin Vəliyeva hadisə yerində həyatını itiriblər.
Gəncə şəhərində xəstəxanaya ağır vəziyyətdə gətirilən azyaşlı uşaq dünyasını dəyişib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, təxminən 3 yaşlarında olan uşaq Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin apardığı tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bakıda dəm qazı daha bir can alıb. Primeinfo.az xəbər verir ki, növbəti bədbəxt hadisə Nəsimi rayonunda qeydə alınıb. Anar Dadaşov adlı şəxs yaşadığı mənzilin hamam otağında dəm qazından boğulub.
Mərkəzi Klinik Hərbi Hospitalda vəfat edən Müdafiə Nazirliyinin əsgəri Coşqun Zülfüqar oğlu Sadıqovun vərəm xəstəsi olduğu bildirilir. Primeinfo.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev “Facebook” hesabında paylaşım edib. O bildirib ki, Coşqun atasız olub, özü də vərəmdən əziyyət çəkirmiş: “Vərəm xəstəsini minlərlə şəxsi heyətin olduğu hərbi hissəyə göndərmək böyük risklər vəd edir.
Bakıda 21 yaşlı qadın faciəvi şəkildə vəfat edib. “TodayBaku” Bizim.Media-ya istinadən xəbər verir ki, Yevlax rayon sakini Nuranə Elçin qızı ötən gün dəm qazından boğulub. Bildirilib ki, mərhum üç ay əvvəl ailə həyatı quraraq Bakıya köçübmüş və hadisə baş verən zaman ikiaylıq hamilə imiş.
ABŞ-də qar çovğunu səbəbindən həyatını itirən insanların sayı 73 nəfərə çatıb. Primeinfo.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, çovğunun birbaşa təsiri nəticəsində azı 49 nəfər həyatını itirib.
Bakıda sərnişin marşrut avtobusunda vəfat edib. Primeinfo.az xəbər verir ki, hadisə Yasamal rayonu Hüseyn Cavid prospektində qeydə alınıb. 53 saylı xətt avtobusunda Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Məhyəddin Məhəmməd oğlu Aydəmirov qəfil vəfat edib.
Neftçalada baş verən qəzada azyaşlı ölüb. Primeinfo.az-ın məlumatına görə hadisə Neftçala rayonunun Aşağı Surra kəndi ərazisində qeydə alınıb. “Mercedes Sprinter” və “VAZ 2106” markalı avtomobilər toqquşub.