Xəbər axtarın

Son axtarış nəticələri:

Səudiyyə Ərəbistanında helikopter qəzaya uğrayıb

28.06.2026 17:45

Səudiyyə Ərəbistanında helikopter qəzaya uğrayıb

Səudiyyə Ərəbistanında helikopterin qəzaya uğraması nəticəsində azı 14 nəfər həyatını itirib.

Primeinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanının dövlət mediası ölkənin Energetika Nazirliyindəki rəsmi mənbəyə istinadən bildirib ki, helikopter bazar günü Ras Tanura bölgəsində qəzaya uğrayıb.

Məlumata görə, helikopter Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinə məxsus olub. Qəza nəticəsində helikopterdə olan 14 nəfərin hamısı həlak olub.

Hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparılır.

Rəsmi qurumlar qəzada həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Paylaş: