Xəbər axtarın

Son axtarış nəticələri:

Bəhreyn İranın raket və pilotsuz aparat hücumlarının qarşısının alındığını açıqlayıb

12.07.2026 16:45

Bəhreyn İranın raket və pilotsuz aparat hücumlarının qarşısının alındığını açıqlayıb

Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanlığı ölkənin hava hücumundan müdafiə sistemlərinin bazar günü səhər saatlarında İran tərəfindən həyata keçirildiyi bildirilən bir neçə raket və pilotsuz uçuş aparatı hücumunu zərərsizləşdirdiyini açıqlayıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Qatar News Agency-i məlumat yayıb , rəsmi bəyanatda İranın raket və pilotsuz aparatlarla Bəhreyndə mülki əhalini hədəf aldığı iddia olunub. Vətəndaşlara və ölkə sakinlərinə hücumlar nəticəsində qalan naməlum əşyalara yaxınlaşmamaq, onlara toxunmamaq və bu cür halları dərhal aidiyyəti qurumlara bildirmək tövsiyə edilib.

Baş Komandanlıq bütün hava hücumundan müdafiə sistemləri və hərbi bölmələrin ən yüksək hazırlıq vəziyyətində olduğunu, ölkənin müdafiəsi və əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün tam döyüş hazırlığında fəaliyyət göstərdiyini vurğulayıb.

Bəyanatda mülki şəxslərin və şəxsi mülkiyyətin raket və pilotsuz uçuş aparatları ilə hədəfə alınmasının beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olduğu bildirilib.

Paylaş: