
Xəbər verildiyi kimi, Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın Tambov vilayətinin Kotovsk şəhərinə və Moskva vilayətinin Elektrostal şəhərində yerləşən “Wildberries”in logistika mərkəzlərinə zərbələr endirib.
Primeinfo.az xəbər verir ki, hücumlar nəticəsində dağıntılar qeydə alınıb, Tambov vilayətində ölən və yaralananların olduğu bildirilib.
Şirkətin rəhbəri Tatyana Kim həlak olanların ailələrinə başsağlığı verib, zərərçəkənlərə maliyyə dəstəyi göstəriləcəyini bildirib.
Lakin hücum zamanı məhv olan malların sahiblərinin kompensasiya alması çətin görünür. Bildirilir ki, “Wildberries” hücumdan qısa müddət əvvəl satıcılarla bağlanan müqavilələri yeniləyərək onlara fors-major bəndi əlavə edib. Həmin bəndə əsasən, şirkət silah tətbiqi, pilotsuz uçuş aparatlarının zərbələri, partlayışlar və atəş nəticəsində yaranan itkilərə görə məsuliyyət daşımır.