Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidməti (Rosfinmonitorinq) “Telegram” messenjerinin yaradıcısı Pavel Durovu terrorçu və ekstremistlər siyahısına daxil edib. Primeinfo.az xəbər verir ki, Bu barədə məlumat “Rosfinmonitorinq”in rəsmi reyestrində yer alıb. Qurumun açıqlamasında Pavel Durovun terrorçu və ekstremistlər siyahısına əlavə edildiyi bildirilib.
Rusiyada “Teleqram”ın qurucusu Pavel Durov beynəlxalq axtarışa verilib.
Milli Məclisin deputatı Şahin Seyidzadə “Telegram” hesabının icazəsiz ələ keçirildiyini açıqlayıb. Primeinfo.az xəbər verir ki, deputat bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Şahin Seyidzadə bildirib ki, hazırda onun “Telegram” hesabından icazəsiz şəkildə mesajlar göndərilir.
Kreml Rusiya prezidenti Vladimir Putinin reytinqinin aşağı düşməsindən ehtiyat edərək internet məhdudiyyətlərinə yanaşmasını yenidən nəzərdən keçirir. Primeinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb. Agentliyin mənbələrinə görə, Federal Təhlükəsizlik Xidmətinin (FSB) daha sərt nəzarət üçün səyləri bəzi yüksək vəzifəli məmurları internetə girişin qadağan edilməsi ilə bağlı siyasi və iqtisadi risklər barədə xəbərdarlıq etməyə vadar edib.
“Telegram”da çox sayda pozuntu və Rusiya üçün potensial təhlükəli məzmun qeydə alınır. Primeinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, “Telegram” administrasiyası Rusiya hakimiyyəti ilə əməkdaşlıq etmək istəmir.
“Roskomnadzor” federal qanunvericiliyin tələbləri əsasında “Telegram”ın işini məhdudlaşdırmaqla bağlı qərar qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf naziri Maksut Şadaev bildirib. O qeyd edib ki, “Telegram” Rusiya Federasiyasından qadağan olunmuş məlumatları silmək üçün 150 min sorğuya məhəl qoymayıb.
Rusiya “Telegram”la bağlı qərar qəbul edib.
Elektron Təhlükəsizlik Xidməti (Milli CERT) “Telegram” və “WhatsApp” ani mesajlaşma tətbiqi üzrə son dövrlərdə istifadəçi hesablarının icazəsiz ələ keçirilməsi hallarının artması ilə bağlı araşdırmaları davam etdirir. Bu barədə Primeinfo.az-a Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib. Bu istiqamətdə daxil olan müraciətlər və aşkarlanmış faktların təhlili göstərir ki, bir çox hallarda istifadəçilər tərəfindən əlavə təhlükəsizlik imkanlarından istifadə olunmur.