Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya "Telegram"ın yaradıcısını terrorçu və ekstremistlər siyahısına salıb

30.07.2026 17:28

Rusiya "Telegram"ın yaradıcısını terrorçu və ekstremistlər siyahısına salıb

Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidməti (Rosfinmonitorinq) “Telegram” messenjerinin yaradıcısı Pavel Durovu terrorçu və ekstremistlər siyahısına daxil edib.

Primeinfo.az xəbər verir ki, Bu barədə məlumat “Rosfinmonitorinq”in rəsmi reyestrində yer alıb.

Qurumun açıqlamasında Pavel Durovun terrorçu və ekstremistlər siyahısına əlavə edildiyi bildirilib.

Xatırladaq ki, daha əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) “Telegram”ın həmtəsisçisi Pavel Durova qarşı terrorçuluq fəaliyyətinə yardım etmə maddəsi ilə ittihamirəli sürüldüyünü açıqlamışdı. FSB həmçinin Durovun beynəlxalq axtarışa verilməsi proseduruna başlanıldığını bildirmiş, “Telegram” administrasiyasını Ukrayna xüsusi xidmət orqanları, terrorçu və ekstremist təşkilatlar tərəfindən istifadə olunduğu iddia edilən kanal, çat və botları silməməkdə ittiham etmişdi.

Paylaş: