Xəbər axtarın

Son axtarış nəticələri:

Nazirliklər işçi axtarır: 4 min manata yaxın maaş

18.08.2026 15:32

Nazirliklər işçi axtarır: 4 min manata yaxın maaş
Azərbaycanda müxtəlif dövlət qurumlarında iş axtaranlar üçün yeni vakansiyalar elan edilib. Vakansiyalar arasında bir sıra nazirliklərdə təklif olunan iş yerləri də var.

Primeinfo.az Valyuta.az-a istinadla xəbər verir ki, sözügedən vakansiyalar üzrə əməkhaqqı 3 700 manatdan çoxdur.

Vakansiya elan edilən nazirliklər və vakant yerlərin sayı aşağıdakı kimidir:

Mədəniyyət Nazirliyi – bir vəzifə üzrə 1 yer;

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi – iki vəzifə üzrə 2 yer;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – yeddi vəzifə üzrə 7 yer;

Energetika Nazirliyi – iki vəzifə üzrə 2 yer;

Ekologiya və Təbii Sərvətlər Nazirliyi – üç vəzifə üzrə 3 yer;

Gənclər və İdman Nazirliyi – on bir vəzifə üzrə 11 yer;

Müdafiə Sənayesi Nazirliyi – üç vəzifə üzrə 3 yer.

Paylaş: