Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Maaş

Bu həkimlərin maaşı 3 dəfə artırıldı – RƏSMİ

Bu həkimlərin maaşı 3 dəfə artırıldı – RƏSMİ

Nazirlər Kabineti Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılması haqqında qərar verİb. Primeinfo.az bildirir ki, qərara əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına aşağıdakı artım əmsalları tətbiq ediləcək: – baş həkim – 3,0 dəfə; – baş mühasib, həkim-pediatr, musiqi rəhbəri, baş tərbiyəçi, tərbiyəçi, həkim diyetoloq – 2,5 dəfə; – baş tibb bacısı, böyük tibb bacısı (qardaşı), psixoloq, hüquq məsləhətçisi, mühasib – 2,0 dəfə; – təsdiq edilmiş mövcud ştat vahidinə uyğun olaraq digər vəzifələr – 1,5 dəfə. Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir.

6 mindən çox müəllimin maaşı 35 faiz artacaq

6 mindən çox müəllimin maaşı 35 faiz artacaq

2025-ci il üçün təhsilverənlərin sertifikatlaşdırılması prosesi və müsahibə mərhələsi başa çatıb. Primeinfo.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, sertifikasiya imtahanında iştirak edən müəllimlərdən 6628 nəfər 51 və yuxarı bal toplayıb.

Maaşdan DSMF-yə ödədiyimiz pul dəyişməyəcək

Maaşdan DSMF-yə ödədiyimiz pul dəyişməyəcək

Özəl sektorda çalışan şəxslər üçün tətbiq edilən vergi güzəşti 7 ildən sonra ləğv olunsa da, DSMF ayırmalarına tutulan məbləğdə heç bir dəyişiklik gözlənilmir. Primeinfo.az bildirir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Belə ki, hazırda Azərbaycanda əməkhaqqı 200 manatdan 8000-ə qədər olduqda: 6 manat + 10% DSMF ayırmaları tutulur.

Bu işçilərin maaşı artırıldı - SƏRƏNCAM

Bu işçilərin maaşı artırıldı - SƏRƏNCAM

Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əmək haqları artırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 1,5 – 3 dəfə artım əmsalları tətbiq edilib.