Xəbər axtarın

Son axtarış nəticələri:

"Space TV"dən aparıcının maaş almaması iddialarına - Cavab

02.06.2026 17:57

"Space TV"dən aparıcının maaş almaması iddialarına - Cavab

“Space TV” əməkdaşlarının 2026-cı ilin mart və aprel üzrə gecikmiş əməkhaqları tam həcmdə ödənilib”.

Primeinfo.az xəbər verir ki, bu barədə “Space TV” məlumat yayıb.

Bildirilib ki, hazırda şirkətin qeyd olunan dövr üzrə əməkdaşlar qarşısında hər hansı maliyyə öhdəliyi mövcud deyil.

“Maya aid əməkhaqlarının da yaxın günlər ərzində ödənilməsi nəzərdə tutulur. “Sevilən səhər” verilişinin keçmiş aparıcısının səsləndirdiyi fikirlərə münasibətdə qeyd etmək istərdik ki, sözügedən layihə 9 mart 2026-cı ildən etibarən efirdə yayımlanmağa başlayıb və verilişlə bağlı hər hansı ödəniş məsələsi kanalın yeni rəhbərliyinin fəaliyyət dövrünə aid deyil.

Eyni zamanda bildiririk ki, verilişin reytinq göstəricilərinin gözlənilən nəticələri verməməsi, eləcə də 2026–2027-ci il televiziya mövsümünə hazırlıq çərçivəsində şirkətin yenilənmiş strateji baxışı və proqram siyasətinə uyğun gəlməməsi nəzərə alınaraq, tərəflər arasında qarşılıqlı razılıq əsasında əməkdaşlığa son verilib” deyə, məlumatda bildirilib.

Qeyd edək ki, aparıcı Könül Muxtarova “Space TV”dən ayrılıb. Buna 3 aydır maaş ala bilmədiyini səbəb göstərib.

Paylaş: