Xəbər axtarın

Son axtarış nəticələri:

"Azərişıq"da maaşlar gecikir? - Qurumdan iddialara CAVAB

08.05.2026 14:18

"Azərişıq"da maaşlar gecikir? - Qurumdan iddialara CAVAB

“Azərişıq” ASC-nin Regional Enerji Təchizatı və Satış İdarəsində çalışan bəzi əməkdaşların əməkhaqlarını vaxtında ala bilmədikləri iddia olunub.

Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.

İddialara görə, qurumun bəzi əməkdaşları maaşların gecikdiyini bildiriblər.

Məsələ ilə bağlı “Azərişıq” ASC-dən bildirilib ki, səsləndirilən iddiaların heç bir əsası yoxdur.

Qeyd olunub ki, əməkdaşların maaşları hər zaman olduğu kimi vaxtında ödənilir:

“Heç bir maaş gecikməsindən söhbət getmir. Bizim əməkdaşlar həmişəki kimi maaşlarını vaxtında alırlar”, – deyə açıqlamada bildirilir.

Paylaş: