
Bakıda ilk dəfə 22 may, saat 23:30-da “Park Cinema” kinoteatrı “Flame Towers”də bağlanacaq və “Blade” üslubunda əsl kluba çevriləcək.
Primeinfo.az-a bu barədə “Park Cinema”dan məlumat verilib.
Bildirilib ki, sırf bu tədbir üçün Azərbaycana gələcək dünya şöhrətli DJ Lia Lisse həmin gecə səhnəyə çıxacaq. O, öz unikal seti və film saundtrekləri ilə rəqs meydanında əsl şou göstərəcək.
Gecə klubu atmosferi ilə yanaşı, tamaşaçıları kult horror personajları ilə immersiv şou, filmlərin nümayişi, barmen performansı, Go-Go dancers və əsl horror atmosferi gözləyir.
Biletləri bu linkdən əldə etmək mümkündür: https://iticket.az/events/concerts/horror-night-party