
“Park Cinema” kinoteatrının Flame Towers filialı cəmi 1 gecəlik bağlanaraq, horror elementləri ilə əsl gecə klubuna çevrilib. Bu tədbir Bakının gecə həyatının ən fərqli tədbirlərindən biri kimi yadda qalıb. İlk dəfə olaraq kinoteatr məkanı xüsusi horror konsepti əsasında immersiv gecə klubuna çevrilib.
Primeinfo.az xəbər verir ki, tədbir çərçivəsində qonaqlara horror atmosferi, interaktiv performanslar, xüsusi şou proqramı təqdim olunub.
Gecənin musiqi proqramında Bakı səhnəsinin əfsanəsi DJ Nasirov və dünyaca məşhur xüsusi qonaq DJ Lia Lisse çıxış edərək rəqs meydançasına unudulmaz enerji qatıblar.
“Horror Night Party” yaradıcı konsepti və atmosferi ilə qonaqlar tərəfindən böyük maraqla qarşılanıb və şəhərin əyləncə sektorunda fərqlənən qeyri-adi bir layihəyə çevrilib.































