Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: DSX

DSX 9 milyonluq tender elan edib

DSX 9 milyonluq tender elan edib

Dövlət Sərhəd Xidməti müxtəlif sahələrdə tikinti-quruculuq işərinin aparılması üçün ümumilikdə 8.809.857,66 azn dəyərində tender elan edib. Primeinfo.az xəbər verir ki, müsabiqə qazanxana avadanlıqları və su nasosları, elektrik avadanlıqları, tikinti materialları və mebel inventarları və avadanlıqlar alınması üçün nəzərdə tutulub. 4 fərqli tender kimi təşkil olunacaq müsabiqənin hamısı eyni vaxtda – 11.02.2026 15:00 tarixində yekunlaşacaq.

Ötən il 12 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib

Ötən il 12 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib

Ötən il 12 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Primeinfo.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Bildirilib ki, 2025-ci il ərzində terrorçuluğa qarşı aparılmış mübarizə tədbirləri çərçivəsində xaricdə döyüşmüş 6 nəfər saxlanılılıb.

DSX-nin gəmisi 230 min manata satışa çıxarıldı

DSX-nin gəmisi 230 min manata satışa çıxarıldı

Gələn il fevralın 24-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan nəqliyyat vasitələrinin satışı ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

İrandan Azərbaycana narkotik keçirililməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirililməsinin qarşısı alındı

İrandan Azərbaycana 24 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb. Primeinfo.az-ın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin yaydığı birgə məlumatda bildirilib. Vurğulanıb ki, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 24 kiloqram 115 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısını alıb.

Qarabağ atları ərəb körfəzini fəth edib - FOTO

Qarabağ atları ərəb körfəzini fəth edib - FOTO

  Bəhreyn Krallığında keçirilən “Mara’ee 2025” festivalı regionun ən önəmli mədəni hadisələrindən biri kimi beynəlxalq auditoriyanın diqqətini cəlb edib. Festival ölkənin tarixi ənənələrini, təsərrüfat mədəniyyətini və müasir baxışını bir araya gətirən geniş proqramı ilə seçilərək mədəniyyətlərarası dialoq üçün mühüm platforma rolunu oynayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Elçin Quliyev generalın oğluna vəzifə verdi

Elçin Quliyev generalın oğluna vəzifə verdi

Dövlət Sərhəd Xidməti (DSX) rəisinin maddi-texniki təminat üzrə müavini, Atçılıq Federasiyasının vitse-prezidenti, general-leytenant Cavid Abdullayevin oğlu Mirhəmzə Abdullayevə yeni vəzifə verilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı DSX-nin rəisi, Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Mirhəmzə Abdullayev DSX hərbi hospitalında şöbə rəisinin müavini təyin edilib.

Korrupsiyaya qarşı əməliyyat: DSX-nin kapitanı həbs edildi

Korrupsiyaya qarşı əməliyyat: DSX-nin kapitanı həbs edildi

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ölkəyə dəniz yolu ilə külli miqdarda tütün məmulatları gətirilməsi ilə bağlı əməliyyat keçirib. Primeinfo.az-ın əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Neftçala sahil mühafizəsinin bölmə rəisi və bölmənin nəzarətçisi saxlanılıb. Prokurorun təqimatı əsasında kapitan Vüsal Sadıqov məhkəmə qərarı ilə həbs edilib, nəzarətçi barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Noyabrda Azərbaycan sərhədini pozan 20 əcnəbi saxlanılıb - FOTO

Noyabrda Azərbaycan sərhədini pozan 20 əcnəbi saxlanılıb - FOTO

Ötən ay dövlət sərhədini pоzduqlarına görə 27 nəfər saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, onların 7-si Azərbaycan, 12-si Pakistan, 2-si İran, 1-i Əlcəzair, 1-i Özbəkistan, 1-i Almaniya, 1-i Türkiyə, 1-i Misir, 1-i Sudan vətəndaşı оlub.

General Cavid Abdullayevə yeni vəzifə verildi

General Cavid Abdullayevə yeni vəzifə verildi

Dövlət Sərhəd Xidməti (DSX) rəisinin maddi-texniki təminat üzrə müavini, general-leytenant Cavid Abdullayevə yeni vəzifə verilib. Primeinfo.az “Bakupost”a istinadən xəbər verir ki, bununla bağlı DSX-nin rəisi, Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Cavid Abdullayev Atçılıq Federasiyasının vitse-prezidenti təyin edilib.