
Dövlət Sərhəd Xidmətinin əsgəri Ramin Cəbrayılov ölüb.
Primeinfo.az “Unikal”a istinadən xəbər verir ki, bu barədə əsgərin yaxınları sosial şəbəkədə paylaşım ediblər.
Mərhum iyul ayında hərbi xidmətdən tərxis olacaqdı.
Qeyd edək ki, R.Cəbrayılov Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirib.
