Xəbər axtarın

Son axtarış nəticələri:

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində - FOTO

23.05.2026 15:35

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində - FOTO
Müdafiə nazirinin 2026-cı il üçün təsdiq etdiyi fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşelərinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə (DSX) tanışlıq səfəri təşkil olunub.

Bu barədə Primeinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin təşkilatçılığı ilə keçirilən səfərdə 18 ölkənin hərbi attaşelik aparatlarının 26 nümayəndəsi iştirak edib.
Tədbir çərçivəsində qonaqlara DSX-nin fəaliyyəti barədə ümumi məlumat verildikdən sonra “Siyasi repressiya qurbanları” muzeyi ziyarət edilib.

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində - FOTO Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində - FOTO

Paylaş: