Dünya şöhrətli aktyor Ceki Çan Bakıya gəlib. Primeinfo.az Qazaxıstanın Bakıdakı səfirliyinə istinadən xəbər verir ki, o, burada “Tanrının zirehi 4: Ultimatum” beynəlxalq macəra filminin bəzi səhnələrinə çəkiləcək. Məşhur aktyor Azərbaycanın paytaxtında təxminən 10 gün qalacaq.
Dünya şöhrətli məşhur aktyor Ceki Çan Bakıya gəlib. Primeinfo.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Səfərdə məqsəd filmə çəkilməkdir.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında “AnewZ” telekanalının Şuşa həbsxanası ilə bağlı hazırladığı sənədli filmi paylaşıb.
“CineMastercard” premium kinoteatrlar şəbəkəsi tamaşaçılarının rahatlığını nəzərə alaraq, təxminən üç saat davam edən filmlərin xüsusi seansları üçün fasilə (antrakt) nəzərdə tutan yeni nümayiş formatını tətbiq edir. Primeinfo.az xəbər verir ki, müasir blokbasterlər, tarixi dramlar və irimiqyaslı kinolayihələr getdikcə daha uzunmüddətli olur, bu da tamaşaçılara filmin süjetinə və atmosferinə daha dərindən qərq olmağa imkan yaradır. Belə filmlərin nümayişini daha rahat etmək məqsədilə xüsusi seanslarda qısa fasilə (antrakt) nəzərdə tutulub.
Dünya şöhrətli məşhur aktyor Ceki Çan avqustun əvvəlində Azərbaycana gələcək. Primeinfo.az Ölkə.az-a istinadən xəbər verir ki, o, təxminən 10 gün Bakıda qalacaq. Səfərdə məqsəd filmə çəkilməkdir.
Türfkiyənin məşhur “Yaprak dökümü” serialında gəlin və qaynana obrazlarını yaradan aktyorlar Güler Ökten (Cevriye) və Bennu Yıldırımlar (Fikret) uzun illərdən sonra yenidən eyni layihədə yer alacaqlar. Primeinfo.az xəbər verir ki, onlar birlikdə “Aşk Tesadüfleri Sever 3” filmində çəkiləcəklər. Qeyd edək ki, rejissoru Ömer Faruk Sorak olan “Aşk Tesadüfleri Sever” serialının üçüncü filminin çəkilişləri 7 iyulda başlayacaq.
“CineMastercard” kinoteatrlar şəbəkəsi məşhur türk hekayəsinin davamı olan ailəvi fantastika “Sihirli Annem: Periler Okulu”nu eksklüziv olaraq təqdim edir. 23 il sonra davamı çəkilən film tamaşaçıları sehr, dostluq və möhtəşəm macəralar dünyasına aparır. Bu barədə Primeinfo.az-a kinoteatrlar şəbəkəsindən məlumat verilib.
“Park Cinema”nın yeni “Sevinc Mall” filialında Fransa-Böyük Britaniya istehsalı olan “Varis” filminin təqdimatı və mətbuat üçün nümayişi keçirilib. Primeinfo.az xəbər verir ki, VLG.FILM AZERBAIJAN-ın dəstəyi ilə baş tutan tədbirdə şirkətin nümayəndəsi Cəmilə Atakişiyeva çıxış edib. O, ekran əsəri və tədbirin mahiyyəti barədə qonaqları məlumatlandırıb.
“CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Qışqırıq 7” qorxu filminin dünya premyerasından bir gün əvvəl xüsusi nümayişi təşkil olunub. Primeinfo.az xəbər verir ki, kult franşizanın pərəstişkarları ekran əsərinin davamını geniş auditoriyadan öncə izləmək və gərginlik dolu hadisələrin içinə ilk olaraq qərq olmaq imkanı əldə ediblər. Tədbirin qonaqları interaktiv qorxu dünyasına sanki real səyahət ediblər.
Ötən gün “Park Cinema” kinoteatrlar şəbəkəsinin “Flame Towers” filialında nümayiş olunan “Kürəkən VS Qayınata” filminin seansı zamanı maraqlı hadisə yaşanıb. Primeinfo.az xəbər verir ki, bir gənc sevgilisinə evlilik təklifi etmək üçün zalın bütün biletlərini alaraq seansı romantik ana çevirib. Film nümayişi zamanı o, sevgilisinə sürpriz şəkildə evlilik təklifi edib və ondan “hə” cavabını alıb.