Xəbər axtarın

Son axtarış nəticələri:

Hikmət Hacıyev Şuşa həbsxanası ilə bağlı sənədli filmi paylaşıb - VİDEO

29.07.2026 11:57

Hikmət Hacıyev Şuşa həbsxanası ilə bağlı sənədli filmi paylaşıb - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında “AnewZ” telekanalının Şuşa həbsxanası ilə bağlı hazırladığı sənədli filmi paylaşıb.

Primeinfo.az xəbər verir ki, “Inside Shusha prison: A witness to horror” adlı sənədli filmdə litvalı hərbi jurnalist Riçardas Lapaitis Şuşa həbsxanasına baş çəkib.

O, həbsxananı işgəncə, aclıq və psixoloji terror məkanı kimi təsvir edərək dar kameralardan, cəza otaqlarından və “divardakı tabut” adlandırılan yerdən keçir, keçmiş azərbaycanlı hərbi əsirlərin ifadələrini nəql edir. Jurnalist həmin divarların hələ də özündə əks etdirdiyi əzablar barədə düşündüyünü dilə gətirir.

Filmi təqdim edirik:

 

Paylaş: