Xəbər axtarın

Son axtarış nəticələri:

Ceki Çan Bakıya gəldi

03.08.2026 13:30

Ceki Çan Bakıya gəldi
Dünya şöhrətli məşhur aktyor Ceki Çan Bakıya gəlib.

Primeinfo.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Səfərdə məqsəd filmə çəkilməkdir. Belə ki, “Tanrının Zirehi 4” (Armour of God 4: The Ultimatum”) adlı beynəlxalq film layihəsinin çəkilişlərinin bir hissəsi Azərbaycan paytaxtında aparılacaq.

Bakıda çəkilişlər İçərişəhərdə, Dağüstü Parkda, Bakı Funikulyorunda, Yaşıl Teatrda, Fəvvarələr Meydanında və paytaxtın bəzi mərkəzi küçələrində həyata keçiriləcək.

Qeyd edək ki, filmin istehsalında Çin və Qazaxıstan iştirak edir.

Ekran əsərinin premyerası 2027-ci ilin ikinci rübünə planlaşdırılıb.

Paylaş: