Türkiyədə istehsal olunacaq “Sultana” filminə daha bir aktrisa dəvət alıb. Primeinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmdə Nezo xarakterini Şirin Sultan Saldamlı canlandıracaq. Qeyd edək ki, çəkilişlərinə noyabrda start veriləcək film dirək rəqqasələrinin həyat hekayələrindən bəhs edir.
Türkiyənin tanınmış aktyoru Sinan Tuzcunun Hancıoğlu ailəsinin hekayəsindən bəhs edən “Abi” serialının heyətinə qatılacağı gözlənilir. Primeinfo.az bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir. Onun Doğan Hancıoğlunun böyük qardaşı “Sinan” obrazına dəvət aldığı bildirilir.
Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Tağıyev” filminin üçüncü hissəsinin yayım vaxtı məlum olub. Primeinfo.az xəbər verir ki, “Tağıyev: Sona” adlanan üçüncü hissə oktyabrın 2-dən etibarən kinoteatrlarda nümayiş ediləcək. Məlumat üçün qeyd edək ki, filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir.