“Qazaxıstan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində media əməkdaşlığının genişləndirilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb”. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Qazaxıstan mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov Bakıda keçirilən TDT-nin Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında bəyan edib. K.İskakovun sözlərinə görə, əsas addım təşkilata üzv ölkələrin teleməhsullarına çıxışının genişləndirilməsi olmalıdır.
Azərbaycanda da maraqla izlənilən Türkiyənin “Gönül dağı” serialına iki yeni aktrisa daxil olacaq. Primeinfo.az xəbər verir ki, “TRT1” kanalında yayımlanan ekran işində aktrisalar Çağla Özavcı (Nazar) və Arzu Susantez (Nergis) rol alacaq. Qeyd edək ki, serialda baş rolları Bərk Atan, Ecem Özkaya, Nazlı Pınar Kaya, Cihat Süvarioğlu və Semih Ertürk oynayır.
7 noyabrdan etibarən “CineMastercard” kinoteatrlar şəbəkəsində türk ailəvi dram janrında olan və real hadisələr əsasında çəkilmiş “Bi Umut” filminin eksklüziv nümayişi başlayır. Primeinfo.az-a kinoteatrdan verilən məlumata görə, ekran əsəri xəstəxanada ailəsiz və dəstəksiz qalan rus gəncə on il boyunca analıq edən türkiyəli Gülsüm Kabadayının gerçək həyatından bəhs edir. Filmdə insan mərhəmətindən, ana sevgisindən və empatiyanın gücündən söz açılır.
Vətən müharibəsindən bəhs edən “44” bədii filminin çəkilişləri bu gün uğurla başa çatıb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov özünün sosial media hesabında paylaşım edib. O bildirib ki, filmin çəkilişləri 4 il ərzində həyata keçirilib: “Qarşıdakı post-prodakşn mərhələsində bizi hələ ciddi və məsuliyyətli işlər gözləyir.
Türkiyəli aktyor Fatih Gühan yeni seriala çəkilir. Primeinfo.az xəbər verir ki, o, “Beklenen Mehdi” adlı ekran işində rol alacaq. Fatih Gühan bu serialda “Sadık” obrazını yaradacaq.
“CineMastercard” kinoteatrlar şəbəkəsində unikal kinematoqrafik hadisə — Türkiyə-İran ortaq istehsalı olan “Mevlana Mest-i Aşk” tarixi dramı ilk dəfə nümayiş olunur. Primeinfo.az xəbər verir ki, filmin rejissoru və ssenari müəllifi rejissor Hassan Fathi, prodüseri isə Mehran Boroumandır. Böyük müsəlman mütəfəkkiri, şair və filosof Mövlana Cəlaləddin Ruminin dərin mənəvi dünyasını əks etdirən hekayə ilk dəfə böyük ekran göstərilir.
Məşhur Argentina serialı “Vəhşi mələk”də “İvo” obrazı ilə tanınan 53 yaşlı aktyor Fakundo Arana həyat yoldaşı Mariya ilə birlikdə tədbirdə görüntülənib. Primeinfo.az xəbər verir ki, illərin aktyoru necə dəyişdiyi diqqətdən qaçmayıb. Сütlük 2008-ci ildən evlidir və üç uşaqları var.
Türkiyəli aktrisa Cansu Dərənin yeni layihəsi bəlli olub. Primeinfo.az xəbər verir ki, aktrisa 30 seriyalı “Min bir gecə” serialının ardınca romantik komediya filmində çəkiləcək. “Portekiz aşkı” adlı ekran əsərində onun tərəf müqabili portuqaliyalı aktyor Dioqo Morqado olacaq.
“CineMastercard” kinoteatrında Walt Disney Pictures studiyasının elmi-fantastik janrda çəkdiyi “Tron: Ares” filminin səbirsizliklə gözlənilən premyeradan öncə nümayişi baş tutub. Primeinfo.az xəbər verir ki, nümayiş ən müasir ScreenX formatında keçirilib. Bu formatda görüntü eyni vaxtda üç ekranda — mərkəzi və iki yan ekranda təqdim olunur.
Sentyabrın 27-də Xankəndi şəhərində, Qarabağ Universitetində 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “Zəfər zəngi” adlı sənədli filmin təqdimatı olub. Primeinfo.az Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqlər şöbəsinə istinadən xəbər verir ki, təqdimat şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra filmin ssenari müəllifi, əməkdar jurnalist, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı çıxış edərək, Xankəndidə qəhrəmanlarımızın şücaətini göstərən filmin nümayişinin böyük bir qürur hissi yaşatdığından danışıb: “44 gün – 30 illik həsrətin sonu, Zəfərin başlanğıcı oldu.