Xəbər axtarın

Son axtarış nəticələri:

Conni Depp "Karib dənizinin quldurları-6"da çəkilə bilər

17.08.2026 11:35

Conni Depp "Karib dənizinin quldurları-6"da çəkilə bilər

Prodüser Cerri Brukhaymer “Karib dənizinin quldurları-6” filmində rol almaq üçün aktyor Conni Depp ilə danışıqlar apardığını açıqlayıb.

Primeinfo.az xəbər verir ki, o, “Deadline” nəşrinə açıqlamasında müzakirələrin davam etdiyini və ssenari üzərində işlədiklərini bildirib.

Brukhaymer filmin növbəti seriyasını ərsəyə gətirə biləcəklərinə ümid etdiyini vurğulayıb.

Lakin iddiaya görə, “Sərçə Cek” növbəti filmdə baş rol əvəzinə, ikinci dərəcəli personaj olacaq.

Bu franşizanın son filmi olan “Karib dənizinin quldurları: Ölülər nağıl danışmır” 2017-ci ildə nümayiş olunub və dünya miqyasında təxminən 794 milyon dollar gəlir əldə edib.

Paylaş: