
Türkiyənin məşhur serialı “Taşacak bu deniz” yeni mövsümdə ekrana qayıtmağa hazırlaşır.
Primeinfo.az “Haberturk”ə istinadən bildirir ki, filmin 2-ci mövsümünün ilk bölümünün 18 sentyabrda yayımlanması gözlənilir.
Əgər 32-ci seriyanın çəkilişləri vaxtında yekunlaşmasa, serial 25 sentyabr tarixinə təxirə salına bilər.
Qeyd edək ki, “TRT 1″də yayımlanan ekran işində baş rolları Ulaş Tuna Astepe və Deniz Baysal canlandırır. Bu serialın Azərbaycanda da böyük maraqla izlənilir.











