Xəbər axtarın

Son axtarış nəticələri:

Meloni: "İtaliya Azərbaycanla uzunmüddətli tərəfdaşlığı hədəfləyir" - VİDEO

05.05.2026 11:36

Meloni: "İtaliya Azərbaycanla uzunmüddətli tərəfdaşlığı hədəfləyir" - VİDEO

İtaliyanın Baş naziri Ciorcia Meloni Azərbaycana səfəri ilə bağlı paylaşım edib.

Primeinfo.az xəbər verir ki, paylaşımda İtaliya Baş naziri Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək məqsədilə Bakıya səfər etdiyini bildirib.

“İtaliya Azərbaycanla uzunmüddətli strateji tərəfdaşlığın möhkəmləndirilməsini hədəfləyir. Bu tərəfdaşlıq İtaliya üçün konkret və uzunmüddətli əhəmiyyət daşıyır.

Azərbaycanla enerji, təhlükəsizlik, nəqliyyat və logistika bağlantıları, investisiyalar və siyasi dialoq sahələrində artıq çox önəmli olan əməkdaşlığı daha da möhkəmləndirməyi və onu getdikcə ölkələrimiz üçün konkret imkanlara çevirməyi hədəfləyirik.

Qlobal səviyyədə mürəkkəb proseslərin getdiyi bir dövrdə etibarlı tərəfdaşlıqlar xüsusi əhəmiyyət kəsb edir. İtaliya ilə Azərbaycan arasındakı münasibətlər də məhz belə tərəfdaşlıqlardan biridir”, – o qeyd edib.

 

Paylaş: