Türkiyədə tanınmış şəxsləri hədəf alan “narkotik əməliyyatı” davam edir. Aralarında müğənni Mabel Matiz, aktrisa Serenay Sarıkaya, Onur Tuna, Feyza Civelek də daxil olmaqla, ümumlikdə 25 nəfər saxlanılıb.
Türkiyəli müğənni Yusuf Güney ev dustaqlığına buraxılıb. Primeinfo.az xəbər verir ki, məhkəmə müğənniyə ev dustaqlığı şəklində nəzarət tədbiri tətbiq olunaraq sərbəst buraxılmasına qərar verib. Qeyd edək ki, Yusuf Güney aprelin 9-u İstanbul Baş Prokurorluğu tərəfindən aparılan “Narkotik əməliyyatı” çərçivəsində saxlanılıb.
Türkiyədə İstanbul Anadolu Baş Prokurorluğunun rəhbərliyi altında məşhurlara qarşı narkotik istintaqı çərçivəsində yeni əməliyyat həyata keçirilib. Primeinfo.az bu barədə “Haber Global”a istinadən bildirir. Məlumata görə, “Narkotik və ya stimullaşdırıcı maddələrin satın alınması, qəbul edilməsi, saxlanması, istifadəsi və təmin edilməsi” cinayətlərində iştirak etdiyi ehtimal edilən şübhəlilər barəsində prosedurlar başlanıb.
Türkiyəli müğənni Edis Görgülü də narkotiklə bağlı istintaq işi çərçivəsində saxlanılıb. Primeinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis idarəsinə ifadə vermək üçün çağırılan ifaçı üçün saxlanılma qərarı çıxarılıb. Qeyd edək ki, bu gün məşhur müğənni Murat Dalkılıç, “Duman” rok qrupunun solisti Kaan Tangöz, aktyor İsmail Hacıoğlu və stilist Kemal Doğulu da daxil olmaqla 17 nəfər tutulub.
Türkiyədə tanınmış şəxslərə qarşı aparılan “narkotik işi” çərçivəsində “Kurtlar vadisi”nin “Çakır”ı – məşhur aktyor Oktay Kaynarca saxlanılıb.