
Türkiyəli müğənni Yusuf Güney ev dustaqlığına buraxılıb.
Primeinfo.az xəbər verir ki, məhkəmə müğənniyə ev dustaqlığı şəklində nəzarət tədbiri tətbiq olunaraq sərbəst buraxılmasına qərar verib.
Qeyd edək ki, Yusuf Güney aprelin 9-u İstanbul Baş Prokurorluğu tərəfindən aparılan “Narkotik əməliyyatı” çərçivəsində saxlanılıb.
O, rəqəmsal platformadakı çıxışı zamanı “Ayahuska çayı” haqqında həvəsləndirici ifadələr işlətdiyi üçün həbs olunub. İstanbul Polis İdarəsinin Narkotiklə Mübarizə Şöbəsi tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, müğənninin bəhs etdiyi çayın tərkibindəki DMT maddəsi qadağan olunmuş vasitələr siyahısına daxildir.
Yusuf Güney elə həmin gün məhkəmə zalında həbs edilib.