
Türkiyənin tanınmış aktrisası Serenay Sarıkaya İstanbulda həyata keçirilən “narkotik əməliyyatı” çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Primeinfo.az bu barədə “TRT Haber”ə istinadən bildirir.
Məlumata görə, İstanbul şəhərində məşhurlarla bağlı aparılan narkotik maddə istintaqı çərçivəsində Bakırköy Respublika Prokurorluğu tərəfindən ümumilikdə 25 şübhəli barəsində saxlanılma qərarı qəbul edilib. Siyahıda adı olan S.Sarıkaya həmin ərəfədə ölkə xaricində olub.
Bu gün Türkiyəyə qayıdan aktrisa nəzarətə götürülüb.
Посмотреть эту публикацию в Instagram