
Türkiyədə məşhurlara qarşı narkotik istintaqı davam edir.
Primeinfo.az “Hürriyet”ə istinadən xəbər verir ki, yeni əməliyyat çərçivəsində daha 22 nəfər saxlanılıb.
Məlumata görə, saxlanılanlar arasında məşhur türkiyəli sənətçilər – müğənni Kənan Doğulu və həyat yoldaşı, aktrisa Beren Saat, müğənni Kerimcan Durmaz, aktyorlar Berdan Mardini və Enis Arıkan da daxil 22 nəfər var.
Sağlamlıq yoxlamalarından keçirilən məşhurlar ifadə vermələri üçün Narkotik Cinayətləri ilə Mübarizə İdarəsinə aparılıblar.
Saxlanılanların sayının arta biləcəyi qeyd edilir.
