Xəbər axtarın

Son axtarış nəticələri:

Onur Tunanın da ​​narkotik testi müsbət çıxdı - FOTO

04.06.2026 13:27

Onur Tunanın da ​​narkotik testi müsbət çıxdı - FOTO

Türkiyənin məşhur aktyoru Onur Tunanın narkotik testinin nəticəsi müsbət çıxıb.

Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində saxlanılan aktyorda test nəticəsində marixuananın təsiredici maddəsi aşkarlanıb.

Hesabata əsasən, aktyor Onur Tuna, sosial media fenomeni Özgür Deniz Cellat və Zehra Hanzade Gürkanlar barədə aparılan analizlər müsbət nəticə verib.

Məhkəmə Tibbi Ekspertiza İnstitutunun məlumatına görə, Onur Tuna və Özgür Deniz Cellatın qan, sidik və saç nümunələrində kannabisin aktiv maddəsinin metaboliti olan THC-COOH aşkar edilib. Zehra Hanzade Gürkanların analizlərində isə kokain və onun metabolitlərinin izlərinə rast gəlinib.

Prokurorluq tərəfindən istintaq tədbirlərinin davam etdirildiyi bildirilib.

Onur Tunanın da ​​narkotik testi müsbət çıxdı - FOTO

Paylaş: