Türkiyədə Ankara Prokurorluğunun apardığı istintaq çərçivəsində “Süleymançılar” dini qruplaşmasının lideri Alihan Kuriş də daxil olmaqla, 49 nəfər barəsində saxlanılma qərarı verilib.
“Türkiyə Misirin avqustun 7-də Ankara, Ər-Riyad və İslamabad arasında imzalanmış Məkkə sazişinə qoşulacağına ümid edir”. Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin Əl-Alameyn şəhərində misirli həmkarı Bədr Əbdül Ati ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, Ankara bu məsələni Misirlə sazişin imzalandığı ilk gündən müzakirə edir: “Misir hazırda məsələni ətraflı şəkildə araşdırır və Türkiyə onun yaxın vaxtlarda sazişin rəsmi tərəfdaşı olacağına ümid edir”.
Türkiyənin Balıkəsir vilayətində meşə yanğını baş verib. Primeinfo.az-ın yerli KİV-ə istinadən verdiyi xəbərə görə, alovlar yaşayış məntəqələrinə yaxınlaşıb, bəzi sakinlər təxliyə edilib. Yanğına havadan 9 təyyarə və 6 helikopterlə müdaxilə olunur.
Türkiyənin Muğla vilayətində gəzinti gəmisində yanğın baş verib. Primeinfo.az xəbər verir ki, aralarında uşaqların da olduğu 115 sərnişin təxliyə olunub. Gəmi tamamilə yanıb.
Türkiyədə F-16 hərbi təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
Türkiyədə azərbaycanlı iş adamının yaşadığı evdə cəsədi tapılıb. Primeinfo.az Unikal-a istinadla xəbər verir ki, hadisə İstanbulun Qaziosmanpaşa rayonunda qeydə alınıb. Belə ki, cəsəd bir həftə ərzində evdə qalıb.
Dünyaca məşhur müğənni Rihanna Türkiyədə onun adına bənzər şəkildə qeydiyyatdan keçirilən “RIANNA” markasına qarşı açdığı məhkəmə işini qazanıb. Primeinfo.az Axşam.az-a xəbər verir ki, sənətçinin öz markasını Türkiyədə satışa təqdim etməsindən sonra “RIANNA” adlı yerli markanın mövcudluğu aşkarlanıb. Rihanna tərəfi markaların adlarının bir-birinə çox bənzədiyini və istehlakçıların onları qarışdıra biləcəyini əsas gətirərək məhkəməyə müraciət edib.
Avstriya Baş naziri Kristian Ştoker Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə avqustun 10-da Türkiyəyə rəsmi səfər edəcək.
Türkiyənin şimal-şərqindəki Artvin vilayətinin Hopa rayonu sahillərində ekipajsız kater məhv edilib. Primeinfo.az Artvin valisi Turan Ergünə istinadla xəbər verir ki, dəniz xüsusi təyinatlıları Qara dənizin təyin olunmuş sektoruna yerləşdirilib və pilotsuz qayıq məhv edilib. Ehtimal ki, məhvetmə qərarı partlayıcı maddələrlə yüklənmiş kater sahilə yaxınlaşarkən verilib.
Türkiyənin Qaziantep şəhərində 4,5 bal gücündə zəlzələ qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb. Nurdağı rayonunda baş verən zəlzələnin episentri 80 kilometr dərinlikdə yerləşib.