Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türkiyə

Türkiyədə 10 nəfəri öldürən şagirdin anası yenidən həbs edilib

Türkiyədə 10 nəfəri öldürən şagirdin anası yenidən həbs edilib

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücumla bağlı məhkəmə işində təqsirləndirilən Peyman Pınar Mersinli barəsində yenidən həbs qərarı verilib. Primeinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Məlumata görə, Kahramanmaraş 3-cü Ağır Cinayət Məhkəməsi iş üzrə ilk iclasda hücumu törədən şagirdin atası Uğur Mersinlinin həbsdə saxlanılmasını davam etdirib, anası Peyman Pınar Mersinlinin isə azadlığa buraxılmasına qərar verib.

Türkiyədə hoteldə yanğın olub, 12 nəfər xəsarət alıb

Türkiyədə hoteldə yanğın olub, 12 nəfər xəsarət alıb

Türkiyənin İstanbul şəhərinin Bakırköy rayonunda hoteldə yanğın olub. Primeinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, yanğın zamanı 12 nəfər xəsarət alıb. Altımərtəbəli hotelin birinci mərtəbəsində başlayan yanğın binanın fasadını əhatə edib.

Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir

Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir

Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir. Primeinfo.az xəbər ki, son 24 saat ərzində Moskvanın üç hava limanında artıq 77 uçuş təxirə salınıb və ya ləğv edilib. “Pegasus” Moskvaya uçuşu ləğv edib və daha iki təyyarəni geri qaytarıb.

Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək

Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə imzalanan Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin ilk toplantısı sabah İstanbulda keçiriləcək. Primeinfo.az xəbər verir ki,toplantıda Türkiyəni xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri general Selçuk Bayraktaroğlu, Pakistanı Baş nazirin müavini və xarici işlər naziri İshaq Dar, federal müdafiə naziri Xavaca Məhəmməd Asif, Müdafiə Qüvvələri və Quru Qoşunları komandanı marşal Seyid Asim Münir; Səudiyyə Ərəbistanını isə xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud, müdafiə naziri şahzadə Xalid bin Salman bin Əbdüləziz Al Səud və Baş Qərargah rəisi general Fəyyad bin Hamed Ər-Ruveyli təmsil edəcəklər. Görüşdə regional və beynəlxalq təhlükəsizlik, müdafiə sənayesi əməkdaşlığı, birgə istehsal və elmi tədqiqat, hərbi qüvvələrin qarşılıqlı fəaliyyət imkanlarının artırılması və terrorla mübarizə məsələləri müzakirə olunacaq.