Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türkiyə

Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər həbs edilib

Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər həbs edilib

Türkiyədə 44 meşə yanğınını törətməkdə şübhəli bilinən 6 nəfər həbs edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat verib. Nazirin sözlərinə görə, iyunun 1-dən etibarən ölkənin 16 vilayətində baş verən 44 meşə yanğını ilə bağlı aparılan istintaqlar çərçivəsində 29 şübhəli müəyyən edilib.

Türkiyədə yetkinlik yaşına çatmayanlara da ömürlük həbs cəzası verilə bilər

Türkiyədə yetkinlik yaşına çatmayanlara da ömürlük həbs cəzası verilə bilər

Türkiyədə xüsusilə ağır cinayətlər törədən yetkinlik yaşına çatmayan vətəndaşlar ömürlük həbs cəzasına məhkum edilə bilər. Primeinfo.az  xəbər verir ki, ölkənin Cinayət Məcəlləsinə müvafiq dəyişiklikləri nəzərdə tutan qanun layihəsi gələn həftə Türkiyə Böyük Millət Məclisində müzakirə olunacaq. Şanlıufra və Kahramanmaraşdakı təhsil müəssisələrində baş verən son silahlı hücumlar daxil olmaqla, ölkədə 18 yaşından aşağı olanlar tərəfindən törədilən ağır cinayətlərinin artmasının səbəblərini araşdıran parlament komissiyası yetkinlik yaşına çatmayan şəxslərə aid ədliyyə sistemində daha sərt cəzaların tətbiqi qənaətinə gəlib.

Əraqçi Türkiyə və Pakistana ABŞ hücumları barədə xəbərdarlıq edib

Əraqçi Türkiyə və Pakistana ABŞ hücumları barədə xəbərdarlıq edib

İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidan və Pakistan Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Asim Munirlə telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, söhbət zamanı son regional hadisələr, eləcə də regionda gərginliyin və qeyri-sabitliyin artma riski müzakirə edilib. Əraqçi Amerika ordusu tərəfindən atıla biləcək addımlar barədə xəbərdarlıq edib və İranın milli suverenliyi, ərazi bütövlüyünü və təhlükəsizliyini müdafiə etməyə, eləcə də istənilən təxribata qətiyyətlə cavab verməyə tam hazır olduğunu vurğulayıb.

Türkiyədə meşələrə baş çəkmə qadağasının müddəti uzadılıb

Türkiyədə meşələrə baş çəkmə qadağasının müddəti uzadılıb

Ankara vilayətindəki meşəlik ərazilərə baş çəkməyə qoyulan qadağa 15 oktyabra qədər uzadılıb. Primeinfo.az xəbər verir ki, bu qərar Ankara valiliyi tərəfindən ölkənin bir neçə vilayətində davam edən güclü meşə yanğınları fonunda qəbul edilib. Ankarada yaşıllıq ərazilərin yaxınlığında yanğına səbəb ola biləcək tonqal qalamaq və digər hərəkətlər də qadağan edilib.

Türkiyə NATO-nun Təkmilləşdirilmiş Hava Polisliyi missiyasını təhvil alır

Türkiyə NATO-nun Təkmilləşdirilmiş Hava Polisliyi missiyasını təhvil alır

Türkiyə NATO-nun Təkmilləşdirilmiş Hava Polisliyi missiyasını iyulun 31-də Portuqaliyadan təhvil alacaq. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik media brifinqində məlumat verilib. Nazirliyin sözçüsü Zeki Aktürk bildirib ki, missiyanın təhvil-təslim mərasimi iyulun 31-də keçiriləcək.

Türkiyədə ƏMƏLİYYAT: tanınmış aktyor saxlanıldı

Türkiyədə ƏMƏLİYYAT: tanınmış aktyor saxlanıldı

Türkiyənin paytaxtı Ankara şəhərinin Etimesqut bələdiyyəsində səhər saatlarında əməliyyat keçirilib. Primeinfo.az xəbər verir ki, Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü olan aktyor və həmin bələdiyyənin sədri Erdal Beşikcioğlu saxlanılıb. Əməliyyatın korrupsiya istintaqı çərçivəsində keçirildiyi bildirilib.

SON DƏQİQƏ: Türkiyədə daha bir bələdiyyə sədri SAXLANILDI  - VİDEO

SON DƏQİQƏ: Türkiyədə daha bir bələdiyyə sədri SAXLANILDI  - VİDEO

Türkiyənin Üsküdar Bələdiyyəsinin sədri Sinem Dedetaş və daha beş nəfər rüşvət və korrupsiya iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğu məlumat yayıb. İstintaq Üsküdar Bələdiyyəsində tikinti və istismar icazələrinin verilməsi prosesində qanun pozuntularına yol verildiyi barədə daxil olan şikayətlər, zərərçəkənlərin ifadələri və istintaqla əməkdaşlıq edən şübhəlilərin ifadələri əsasında başlanıb.