Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)

“20 Yanvar” və “Şamaxinka”da bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır - FOTO

“20 Yanvar” və “Şamaxinka”da bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır - FOTO

Sərnişin axınının səmərəli idarə olunması, xətlərdə intervalın tənzimlənməsi istiqamətində tədbirlər davam etdirilir. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Belə ki, metronun “20 Yanvar” stansiyasının ətrafında və “Şamaxinka” adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması aparılaraq sərnişinlərin avtobuslara rahat və maneəsiz minib-düşməsi təmin ediləcək.

Bakıda 8 avtobusun hərəkət sxemi dəyişdirilir

Bakıda 8 avtobusun hərəkət sxemi dəyişdirilir

Binəqədi şosesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar 16 oktyabr saat 23:00-dan nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Məhdudiyyət səbəbindən 8 müntəzəm marşrutun (100, 108A, 108B, 123, 133, 147, 165 və 179 nömrəli) hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

Bakıda 92 nömrəli marşrutun bütün avtobusları yenilənir - AYNA

Bakıda 92 nömrəli marşrutun bütün avtobusları yenilənir - AYNA

Bakının Binəqədi qəsəbəsinin 10 May küçəsini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 92 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, marşrut xəttində avtobusların bir qismi bu ilin aprel ayında yenilənmişdi.

"Sabah"ın oyunu ilə bağlı marşrutların hərəkət sxemində DƏYİŞİKLİK

"Sabah"ın oyunu ilə bağlı marşrutların hərəkət sxemində DƏYİŞİKLİK

Oktyabrın 13-də “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Azadlıq prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub - FOTO

Azadlıq prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub - FOTO

Bakı şəhərində mikromobillik infrastrukturunu inkişaf etdirmək və şəbəkənin davamlılığına nail olmaq məqsədilə Azadlıq prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil edilib. Primeinfo.az xəbər verir ki, velosiped və skuterlərdən istifadə edən hərəkət iştirakçılarının rahatlığını təmin etmək üçün Dilarə Əliyeva və Xaqani küçələri arasında təşkil olunan zolaq 28 May, Nizami və Xaqani küçələrindəki zolaqları daha bir istiqamətdən əlaqələndirib. Qeyd edək ki, mikromobillik zolağı çəkilən zaman prospektdə zolaqların eni standartlara uyğunlaşdırılıb və sayı sabit saxlanılıb.

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemi dəyişdirildi - AYNA

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemi dəyişdirildi - AYNA

Paytaxtın Yeni Günəşli qəsəbəsinin İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, məhdudiyyət səbəbindən 20, 55 və 104 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunub.

3 marşrutun hərəkət sxemləri müvəqqəti dəyişdirilib

3 marşrutun hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Bakının Hövsan qəsəbəsinin 8 Noyabr küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Məhdudiyyət səbəbindən 120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib.

Bakıda bu marşrutların hərəkət sxemləri dəyişdirildi

Bakıda bu marşrutların hərəkət sxemləri dəyişdirildi

Bakının Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, məhdudiyyət səbəbindən 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilib.

AYNA: Avtobuslara onlayn bilet satışı 1,6 dəfə artıb

AYNA: Avtobuslara onlayn bilet satışı 1,6 dəfə artıb

Bu ilin yanvar-sentyabr aylarında “biletim.az” portalı vasitəsilə onlayn qaydada 941 mindən çox bilet əldə edilib. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 166, 194, 505 və 506 nömrəli şəhərətrafı, Sumqayıt şəhəri üzrə 10V nömrəli şəhərdaxili, eləcə də Bakı-İmişli, Bakı-Siyəzən, Bakı-Ağcabədi, Bakı-Ağdam, Bakı-Kürdəmir, Sumqayıt-Qusar, Sumqayıt-Beyləqan, Sumqayıt-Ağsu, Mingəçevir-Gədəbəy, Mingəçevir-Qəbələ, Şəki-Oğuz, Qax-Gəncə, Balakən-Sumqayıt, Bərdə-Şəki, Qax-Şəki və Astara-Lənkəran şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Primeinfo.az-a verilən məlumata görə, sənədlər 5 noyabr 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Firdovsi Cahangirov (mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək. Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.