Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Primeinfo.az-a verilən məlumata görə, metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib. Bu zolaq Füzuli və Zivərbəy Əhmədbəyov küçələrindəki mövcud avtobus zolaqları ilə əlaqələndirilib.
Paytaxtın Sabunçu rayonunun Mehdi Hüseynzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, məhdudiyyət səbəbindən 49 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib.
Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək “Avtovağzal” və “Xocəsən” metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. Primeinfo.az-a AYNA-dan verilən məlumata görə, bu dayanacaqlardan Bakı–Sumqayıt yolundan paytaxt istiqamətində hərəkət edən marşrutlar istifadə edəcək. Belə ki, metronun “Avtovağzal” stansiyasının (“Piramida” tərəf) qarşısında müntəzəm marşrutlar üçün dayanacaq məntəqəsi qruplaşdırılaraq 3 hissəyə ayrılıb və sərnişinlərin rahatlığı üçün dayanacaq məntəqəsi müvafiq nişanlarla işarələnib.
Metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində xüsusi hərəkət zolaqları təşkil edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Primeinfo.az-a bildirilib ki, bu zolaqlar sayəsində müntəzəm və ekspres marşrutlar rahat şəkildə hərəkət edir. [gallery ids="107959,107960,107961,107962,107963,107964,107965,107966"]
Bakıda səhər saatlarında ictimai nəqliyyatda yaranan sıxlıq sərnişin narazılığına səbəb olub. Primeinfo.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət daxil olub. Bildirilib ki, artıq bir neçə gündür sərnişinlər 17 nömrəli avtobus və M6 ekspres marşrutu ilə bağlı ciddi problemlə qarşılaşırlar: “17 nömrəli avtobus uzun müddət gözləyirik, gəldikdə isə həddindən artıq dolu olur.
“O gün baxıram ki, AYNA-nın təmsilçiləri bir neçə jurnalistlə birgə “28 may”dan “Nizami”yə avtobusla guya qısa müddətə gedirlər. Mən bilmirəm onlar necə gediblər. Mənim işçilərim “28 may”dan 1 saat 5 dəqiqəyə gəlirlər”.
Sərnişin axınının səmərəli idarə olunması, xətlərdə intervalın tənzimlənməsi və nəqliyyat qovşaqlarında sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Primeinfo.az AYNA-ya istinadən xəbər verir ki, Moskva prospekti, “Şamaxinka” adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması məqsədilə 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar mövcud dayanacaq məntəqəsindən çıxarılır. Bu marşrutların sərnişinləri “Azərbaycanfilm Kinostudiyası” dayanacaq məntəqəsindən istifadə edə bilərlər.
Bakı şəhər Yasamal rayonu Məhəmməd Naxçıvani (6-cı Paralel) küçəsində keçirilən kütləvi tədbir zamanı monitor aşıb.
Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran-Prisi 2026” ilə əlaqədar paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq. Primeinfo.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Məhdudiyyətə uyğun olaraq müntəzəm və ekspres avtobusların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
Bakıda ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili davam etdirilir. Daha iki yol sahəsində işlərə başlanılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Primeinfo.az-a verilən istinadən xəbər verir ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzər alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində xüsusi hərəkət zolaqları yaradılır.